Böyükşor gölündə dözülməz qoxu: Sakinlər narazıdır | VİDEO

Böyükşor gölündə    dözülməz qoxu:    Sakinlər narazıdır     | VİDEO
  20 Noyabr 2025    Oxunub:947
Sosial şəbəkələrdə yayılan görüntülər Böyükşor gölündəki ekoloji vəziyyəti yenidən gündəmə gətirib. Sakinlərin iddiasına görə, göldən kəskin və üfunətli qoxu gəlir. Onların sözlərinə görə, göl ətrafında gəzdikdə hətta gözlər yaşarır, nəfəs almaq çətinləşir.
Məlumata görə, xüsusilə yay aylarında gölün bəzi hissələrindən ətrafa yayılan ağır qoxu dözülməz həddə çatır. Səbəb kimi isə gölə axıdılan kanalizasiya və çirkab suları göstərilir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyi bildiriblər ki, hazırda məsələ araşdırılır.

Bəs qoxunun əsas mənbəyi nədir? Problemin aradan qaldırılması üçün nə kimi işlər planlaşdırılır?

Məsələ ilə bağlı “ARB Xəbər”də yayımlanmış süjeti təqdim edirik:




Teqlər: Böyükşor   Ekologiya  



Xəbər lenti